Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İtaliya TAP-ın tikintisinə icazə verdi
İtaliya TAP-ın tikintisinə icazə verdi
28 Mart 2017 / 10:45 / Baxış sayı: 152
Font1 Font2 Font3 Font4

İtaliyanın Dövlət Şurası Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə razılıq verib.

Virtualaz.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, beləliklə, Dövlət Şurası tərəfindən İtaliyanın cənubunda yerləşən Apuliya vilayətinin rəsmi etirazı rədd olunub. Yeri gəlmişkən, bu vilayətin sakinləri son vaxtlar TAP-ın tikintisinə qarşı etiraz aksiyaları keçirirdilər.

Dövlət Şurasının idarəetmə sahəsində qanunvericiliyin qorunması ilə bağlı inzibati-hüquqi məsələlərə nəzarət edən qərarı yerli hakimiyyət orqanlarının mənfi rəyini nəzərə almamağa imkan verir və faktiki olaraq Azərbaycan qazını İtaliyaya aparmalı olan TAP-ın tikintisi üçün “yaşıl işıq” yandırır.

Ümumi uzunluğu 520 km olan TAP Cənub Qaz Dəhlizinin davamı olaraq Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. İlkin mərhələdə TAP-ın buraxılış qabiliyyəti 10 mlrd. kubmetrdir. Sonrakı mərhələdə bu rəqəm 20 mlrd. kubmetrədək artırıla bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə