Загрузка...
Xəbər lenti



Загрузка...

Türkiyədə azərbaycanlı tələbə amansızcasına döyüldü
Türkiyədə azərbaycanlı tələbə amansızcasına döyüldü
28 Mart 2017 / 11:12 / Baxış sayı: 486
Font1 Font2 Font3 Font4

Türkiyədə Universitetlərin birində təhsil alan azərbaycanlı tələbə sözü gedən ali məktəbin təhlükəsizlik işçiləri tərəfindən döyüldü. Unikal.org xəbər verir ki, Sakarya Universitetinin tələbəsi Azərbaycan əsilli 27 yaşlı Orxan İbrahimov müəllimi ilə yaşadığı mübahisə səbəbindən universitetin təhlükəsizlik işçiləri tərəfindən döyülüb.

O.İbrahimov sözügedən Universitetin təhlükəsizlik əməkdaşları tərəfindən bağlanaraq döydüyünü iddia edib.

Sakarya Universitetinin Siyasi Məlumatlar Fakültəsinin İş İqtisadiyyatı fakultəsinin 3-cü kurs tələbəsi Orxan İbrahimov iqtisadiyyat dərsində müəllimi F.Ş tərəfindən təhqirə uğradığını deyib. Orxan İbrahimov universitet katibliyinə ərizə ilə şikayət edib. O başına gələnləri belə izah edib:

“Dərsə girən FS müəllim şəxsimə və ölkəmi təhqir etdi. Buna görə universitet rəhbərliyinə şikayət etdim. Müəllim mənə böhtan ataraq dəli olduğumu iddia etdi. Ən sonunda da mənim etirazımdan narahat olan müəllim təhlükəsizlik işçiləri çağırdı. Bundan sonara təhlükəsizlik əməkdaşları tərəfindən döyüldüm. Məni hər cür təhqir etdilər”.

Azərbaycanlı tələbə bütün hüquqlarından istifadə edəcəyini və onu təhqir və təhdidlərə məruz qoyan insanları cəzxalandıracağını bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə