Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Parisdə iğtişaşlar – VİDEO
Parisdə iğtişaşlar – VİDEO
28 Mart 2017 / 11:32 / Baxış sayı: 202
Font1 Font2 Font3 Font4

Polislərin 56 yaşlı Li Şayonu öldürməsindən sonra Parisdə hüquq-mühafizə orqanının əməkdaşları ilə qarşıdurmalar başlayıb. “Report” RİA “Novosti”yə istinadən xəbər ki, qarşıdurmalar nəticəsində üç polis əməkdaşı yaralanıb.

Qarşıdurmalara səbəb martın 27-də baş verən hadisə olub. Belə ki, məişət zəmnində mübahisə ilə bağlı məlumat yoxlamaq üçün mənzillərdən birinə gələn iki polis qayçı ilə onlara tərəf şığıyan kişini güllələyib. Mərhumun qızı atasının insanlara hücum edə bilməyəcəyini deyib. “Le Figaro” nəşrinin məlumatına görə, ailə üzvləri Şayonun mətbəx qayçısı ilə balıq kəsdiyini, bu vaxt qapının zəngi çalındığını və onun avtomatik olaraq qapıya əlində qayçı ilə çıxdığını iddia edir. Ailə vəkilinin sözlərinə görə, polislər səlahiyyətlərini aşıb.

Mərhumun xatirəsini yad etmək üçün onlarla insan toplaşıb. Parisin 19-cu rayonundakı polis məntəqəsi qarşısında dinc nümayiş kütləvi toqquşmaya çevrilib. Nəticədə naməlum şəxslər polis avtomobilinin şüşəsini qırıb və onu yandırmağa cəhd göstərib. Polis kütləni dağıtmağa, etirazçılar isə polislərə butulka və daş atmağa başlayıb.

Üç nümayişçi həbs edilib.

Video Player



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə