Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran prezidentinin paylaşdığı fotoşəkilə 13 mindən çox şərh
İran prezidentinin paylaşdığı fotoşəkilə 13 mindən çox şərh
28 Mart 2017 / 12:30 / Baxış sayı: 668
Font1 Font2 Font3 Font4

İran prezidenti Həsən Ruhaninin xüsusi Instagram hesabından paylaşdığı bu fotoşəkil hay-küyə səbəb olub.

arxiv.bizimxeber.az Azadlıq.info-ya istinadən xəbər verir ki, onun idman paltarında, saçlarının çox hissəsi açıqda olan qızlarla çəkdirdiyi fotoşəkilə sosial mediada minlərlə şərh gəlib. Ruhani bu fotonu Novruz tətilində getdiyi paytaxt Tehrana yaxın dağ gəzintisi zamanı çəkdirib. Fotoşəkil paylaşımına 13 mindən çox şərh yazılıb. Şərhlərin çoxunda İran prezidentinin bu addımı “seçki şousu” adlandırılıb.

Xüsusi mühafizəkar kəsim isə Ruhaninin yanındakı qızların geyimini “İslam Respublikası dəyərlərinə zidd” sayaraq, təpki göstərib.

Keçmiş mühafizəkar millət vəkili Hamid Rasa də Ruhaninin paylaşdığı fotoşəkilin altına yazdığı şərhdə bunu hökumətin “iqtisadi uğursuzluğunu” kölgələmə cəhdi olduğunu bildirib. Digər tərəfdən, Ruhani tərəfdarları prezidentə dəstəklərini açıqlayan şərhlər yazıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə