Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədə azərbaycanlı tələbəni döydülər
Türkiyədə azərbaycanlı tələbəni döydülər
28 Mart 2017 / 13:05 / Baxış sayı: 168
Font1 Font2 Font3 Font4

Türkiyədə azərbaycanlı tələbə Orxan İbrahimov döyülüb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə iki həftə əvvəl azərbaycanlı tələbənin təhsil aldığı Sakarya Universitetində baş verib.

Universitetin Siyasi elmlər fakültəsinin 3-cü kurs tələbəsi olan 27 yaşlı Orxan İbrahimov İqtisadiyyat dərsində müəllimi F. S. tərəfindən təhqirə məruz qalıb.

Azərbaycanlı tələbə yaşanan hadisədən sonra universitetin təhlükəsizlik işçiləri tərəfindən qandallanaraq onların otaqlarına aparıldığını, orada döydüyünü iddia edir.

O bu hadisə ilə bağlı Sakarya Məhkəməsinə də şikayət edib:

“İqtisadiyyat dərsində müəllim F. S. məni və ölkəmi təhqir etdi. Bununla bağlı ali məktəb rəhbərliyinə şikayət etdim. Lakin müəllim mənə böhtan ataraq dəli olduğumu iddia etdi. Sonra da “bu bizi narahat edir” deyə təhlükəsizlik əməkdaşlarını işə qarışdırdı. İki həftə əvvəl mühakiməsiz edama aparan kimi qollarımı bağladılar, otaqlarına aparıb orada döydülər. Mən müxtəlif təhqirlərə məruz qaldım. Məhkəməyə də şikayət etdim, haqqımı tələb edəcəyəm”, – deyə O. İbrahimov şikayətində bildirib.

Sakarya Universiteti Rektorluğundan isə hazırda bu məsələ ilə bağlı araşdırma aparıldığını deyiblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə