Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ramil Usubov İnterpolun tədbirinə qatıldı
Ramil Usubov İnterpolun tədbirinə qatıldı
28 Mart 2017 / 13:13 / Baxış sayı: 220
Font1 Font2 Font3 Font4

Tədbir Əbu-Dabidə keçirilir

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün BƏƏ paytaxtı Əbu-Dabidə işinə başlayan “Təhlükəsizlik üçün birlik” beynəlxalq konfransında iştirak edir.

İstiPress Azərbaycanın BƏƏ-dəki səfirliyinə istinadən xəbər verir ki, konfransda həmçinin Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov iştirak edir.

Tədbir İnterpol tərəfindən təşkil edilib və BƏƏ prezidenti şeyx Xəlifə bin Zayed Əl-Nahyanın himayəsi altında keçirilir. Forumda iştirakçılar dünyada təhlükəsizliyin təmin edilməsi, təhlükəsizliyə mümkün hədələrlə mübarizə üçün əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Forum işini martın 30-da başa vuracaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə