Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın səfiri qəza törətdi – Vasluyda
Azərbaycanın səfiri qəza törətdi – Vasluyda
28 Mart 2017 / 14:01 / Baxış sayı: 380
Font1 Font2 Font3 Font4
Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyov 2017-ci il fevralın 26-da Xocalı faciəsi ilə bağlı səfirlikdə təşkil olunan tədbirdə iştirak etməyib.
arxiv.bizimxeber.az aztoday.az-a istinadən xəbər verir ki, səfirlikdə müşavir işləyən İrfan Davudov tədbirdə səfirin iştirak edə bilməməsinin səbəbini onun səhhətinin yaxşı olmaması ilə əlaqələndirib.
Səfirin Xocalı faciəsinin ildönümündə iştirak etməməsi ilə bağlı daxil olan ilginc məlumata görə, Fərid Abdinbəyov həftəsonu, daha doğrusu fevarın 25-də Rumıniyanın Vasluy şəhərində yol qəzası edib. Qəza zamanı səfirin yanında xarici ölkənin vətəndaşı da olub. Qəzadan sonra hər iki şəxs xəstəxanaya aparılıb. Ciddi xəsarət almamaları səbəbindən Fərid Abdinbəyov və yanındakı şəxs xəstəxanada saxlanılmayıb.
Məlumatda bildirilir ki, qəza zamanı sükan arxasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri özü olub.
Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində Fərid Abdinbəyovun paytaxt Buxaresti tərk edərək, Vasluy şəhərinə hansı səbəbdən getməsini səfirlik əməkdaşları da başa düşməyiblər.
Qeyd edək ki, Fərid Abdinbəyov hazırda Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovla çox yaxın olduğu da daxil olan məlumatlar sırasındadır. Səfirin qaynanasının isə Azərbaycanın Xarici İşlər Nazirliyində işlədiyi bildirilir.
Səfirimizin Rumıniyada hansı səbəbdən qəza etdiyi ilə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqdayıq. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə