Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycandan Rusiyaya kəskin İRAD
Azərbaycandan Rusiyaya kəskin İRAD
28 Mart 2017 / 15:56 / Baxış sayı: 964
Font1 Font2 Font3 Font4

İki ölkənin gömrük orqanları arasında işçi görüş keçirilib

Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən “Samur” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.

İstiPress-in şimal bürosu xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Görüşdə son günlərdə Azərbaycandan Rusiya Federasiyasına    ixrac edilən kənd təsərrüfatı məhsullarının mənşəyinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi və müvafiq ekspert rəylərinin yubadılması qarşı tərəfin diqqətinə çatdırılıb və bildirilib ki, daşıdıqları yüklərə dair ekspertiza sənədləri adı ilə nəqliyyat vasitələrinin saxlanılması əlavə xərclərə, məhsulların sıradan çıxmasına, təyinat məntəqəsinə vaxtında çatmamasına səbəb olur.

Rusiya nümayəndə heyətinin üzvləri bu məsələ ilə bağlı müvafiq qurumları məlumatlandıracaqlarını, bundan başqa, yaxın günlərdə kənd təsərrüfatı məhsullarının ekspertizasının qısa vaxt ərzində və operativ şəkildə həyata keçurulməsi məqsədilə bu sahədə ixtisaslaşmış ekspertlərin sərhəd-keçid məntəqələrində fəaliyyətə başlayacaqlarını diqqətə çatdırıblar.

Tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, ümumi işə fayda verəcəyinə əminliklərini ifadə ediblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə