Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəranda müəllimi öldürən ər saxlanıldı – YENİLƏNİB
Lənkəranda müəllimi öldürən ər saxlanıldı – YENİLƏNİB
29 Mart 2017 / 10:35 / Baxış sayı: 888
Font1 Font2 Font3 Font4

Lənkəranda məktəb müəlliməsini qətlə yetirən ər saxlanılıb.

Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gecə 49 yaşlı Əliyev Rüfət Akif oğlu şəhər ərazisində tutulub.

İlkin dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir. (apa)

***

Qətli törədən ruhi-əsəb dispanserində qeydiyyatda olub

Lənkəran rayonunun Səpnəkəran kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

İstiPress-in cənub bürosu məlumat verir ki, yaxınlarının bildirdiyinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub və anasını ölmüş vəziyyətdə, atasının isə evdə olmadığını görüb. Atası ilə əlaqə yaratmağa çalışsa da mümkün olmayıb. Həmçinin bildirilib ki, ailədə tez-tez mübahisələr olub və R. Əliyev bir neçə dəfə arvadını döyüb.

R.Əliyevin atası  Aydın Əliyev bildirib ki, oğlu ruhi-əsəb dispanserində qeydiyyatdadır.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

saat 16:12

Lənkəranda qətl hadisəsi törədilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.

Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.

Faktla bağlı rayon prokrorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə