Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tofiq Zülfüqarovun 3.4 milyon dollarını mənimsəyən MTN-çinin atası yaxalandı
Tofiq Zülfüqarovun 3.4 milyon dollarını mənimsəyən MTN-çinin atası yaxalandı
28 Mart 2017 / 16:28 / Baxış sayı: 458
Font1 Font2 Font3 Font4

Özünü MTN əməkdaşı kimi qələmə verən, 3,4 milyon dolları dələduzluq və quldurluq yolu ilə ələ keçirməkdə ittiham olunan, 18 il həbs cəzası alan Loğman Abdullayevin atası Çingiz Abdullayev Qazaxıstanda həbs olunub.

Bu barədə virtualaz.org saytına vəkil Bəxtiyar Hacıyev məlumat verib. Vəkilin sözlərinə görə, Çingiz Abdullayev yaxın günlərdə Azərbaycana təhvil veriləcək:”Çingiz Abdullayev mütəşəkkil dəstənin üzvü kimi saxlanılıb. O, 20 ilə yaxındır ki, Qazaxıstanda yaşayır. Orada kiçik sahibkarlıqla məşğul olub”.

Vəkilin dediklərindən belə məlum olub ki, cinayət hadisəsi baş verən zaman Ç.Abdullayev oğlunun və digər dəstə üzvlərinin törətdikləri cinayətlərlə əlaqəsi olmayıb:”Həmin vaxt o Azərbaycandan kənarda olub”.

Hazırda adıçəkilən şəxsin ekstradisiyası ilə bağlı tədbirlər görülür. Xatırladaq ki, DİN Loğman Abdullayevin daxil olduğu mütəşəkkil dəstənin zərərsizləşdirilməsi barədə 2015-ci ilin iyulunda məlumat yaymışdı. Bildrilirdi ki,  Bakı şəhər sakini olan Tofiq Zülfüqarov DİN-ə müraciət edərək özlərini MTN-in əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Faktla bağlı nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə  müəyyən olunub ki, Bakı şəhərində yaşayan Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və digər şəxslərin 2015-ci il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində zərərçəkmişin idarə etdiyi avtomobilin qarşısını kəsərək onu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədilə ələ keçiriblər.

Daha sonra cinayətkar qrupun üzvləri həmin vətəndaşı metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra guya istintaqdan yayındırmaq məqsədilə Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri külli miqdarda vəsaiti öz aralarında bölən cinayətkar dəstənin üzvləri sonradan ölkənin hüdudlarını tərk ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ev dustaqlığında olan təqsirləndirilən R.Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. F.Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən G.Abdulov 2 min manat cərimə olunub, T.Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Bundan sonra L.Abdullayevin atası Ç.Abdullayev barəsində cinayət işi başlanılıb, barəsində axtarış elan olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə