Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəmkirdə kəndlər işıqsız qaldı – Güclü külək
Şəmkirdə kəndlər işıqsız qaldı – Güclü külək
28 Mart 2017 / 17:02 / Baxış sayı: 238
Font1 Font2 Font3 Font4
Şəmkir rayonunda güclü külək fəsadlar yaradıb, bəzi kəndlər işıqsız qalıb.
“Report”un Qərb bürosunun məlumatına görə, gecə saatlarından başlayaraq əsən güclü külək nəticəsində rayonun bəzi kəndlərində dam örtükləri dağılıb, elektirik dirəkləri aşıb, naqillər sıradan çıxıb və enerjinin verilişi dayanıb.
Rayonun Muxtariyyə kəndində bostan bitkilərinin becəriləməsi üçün salınmış istixanaların örtükləri dağılıb və bəzi qurğularına ciddi ziyan dəyib.
Şəmkir rayon Fövqəladə Hallar Komisiyasının məlumatına görə, səhər saatlarından görülən işlər nəticəsində hazırda siradan çıxmış elektirik təsərrüfatında yaranmış problemlər aradan qaldırılıb və kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub.
Güclü küləyin rayona vurduğu ziyanın miqdarı isə hələlik məlum deyil.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə