Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mədət Quliyev: “DTX-nin qarşısında böyük vəzifələr qoyulub”
Mədət Quliyev: “DTX-nin qarşısında böyük vəzifələr qoyulub”
28 Mart 2017 / 17:37 / Baxış sayı: 296
Font1 Font2 Font3 Font4

Bu gün Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır.

Bu münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Təntənəli mərasim DTX-nin akt zalında davam etdirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Mədət Quliyev çıxış edərək bütün şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını peşə bayramı münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü qeyd edib, bugünki güclü Azərbaycanın təməlinin məhz Ulu Öndərin dövlət təhlükəsizlik orqanlarına və davamlı olaraq ölkəyə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirib: “Dahi şəxsiyyət Heydər Əliyev, müstəqil Azərbaycanın hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin də müasir dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər görüb”.

Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu deyən general-leytenant Mədət Quliyev, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlət müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının DTX-nin əsas vəzifəsi olduğunu qeyd edib: “Bu baxımdan, günün tələbləri nəzərə alınaraq, xidmətdə aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib”.

DTX-nin qarşısında böyük vəzifələrin qoyulduğunu, görüləsi işlərin hələ çox olduğunu vurğulayan general-leytenant Mədət Quliyev, ölkənin sabitliyinin və təhlükəsizliyinin etibarlı təmin edilməsi, cinayətkarlıqla mübarizə üzrə aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcəyini bildirib.

General-leytenant Mədət Quliyev göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına bütün əməkdaşların adından minnətdarlığını çatdıraraq deyib: “Peşə bayramı ərəfəsində möhtərəm Prezident İlham Əliyevin sərəncamları ilə ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın dövlət mükafatları ilə təltif edilməsi fəaliyyətimizə verilən yüksək qiymətdir. Göstərilən böyük etimada və qayğıya görə dövlət başçısına dərin minnətdarlığımı bildirirəm”.

Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Suleymanov çıxış edərək veteranlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib.

Təntənəli mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.

Sonra Azərbaycan Prezidentinin DTX-nin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın təltif edilməsi haqqında sərəncamları elan edilib.

Xidmətdə fərqlənən əməkdaşların, eləcə də təhlükəsizlik orqanlarının veteranlarının mükafatlandırılması barədə DTX-nin əmrləri oxunub, təltif olunanlara, həmçinin peşə bayramı münasibətilə xidmətin struktur bölmələri arasında idmanın müxtəlif növləri üzrə keçirilən yarışların və turnirlərin qaliblərinə mükafatlar verilib.

Bayram tədbiri DTX-nin Mədəniyyət Mərkəzində bədii proqramla davam etdirilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə