Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-da körpəyə “Allah” adının qoyulmasına izn verilmədi
ABŞ-da körpəyə “Allah” adının qoyulmasına izn verilmədi
28 Mart 2017 / 17:48 / Baxış sayı: 256
Font1 Font2 Font3 Font4

ABŞ-ın Georgia ştatında körpələrinə “Allah” adını vermək istəyən bir ailənin müraciəti rədd edilib.

Bilal Walk və Elizabeth Handy cütlüyü 22 ay əvvəl doğulan qız körpələrinə Zalykha Graceful Lorraina Allah adını vemək istəyiblər.

İctimai səhiyyə departamenti isə bildirir ki, körpə ana və atasının soyadlarından birini, ya da hər ikisini ala bilər.

Elizabeth Handy ve Bilal Walk körpənin rəsmi olaraq adsız qaldığını deyərək qərara etirazlarını bildirblər.

Amerika Vətəndaş Azadlığı Birliyi (ACLU) ailənin adından ştat rəhbərliyinə qarşı iddia qaldırıb.

Bilal Walk Atlanta Journal-Constitution jurnalına verdiyi açıqlamada “kübar” olduğu üçün körpələrinə “Allah” adını vermək istədiklərini söyləyərək “Bu heç ədalətli deyil, bizim haqqımız tapdandı” deyib.

Vəkillər ailəyə göndərdikləri məktubda Zalikha doğum şəhadətnaməsi aldıqdan sonra körpənin soyadının dəyişdirilməsi üçün alı məhkəməyə müracət edə biləcəklərini yazıblar.

“Körpəyə adı dövlət deyil, ailəsi verir”

Məhkəmə sənədlərinə görə rəsmi nikahı olmayan cütlüyün Masterful Mosirah Aly Allah adlı bir oğulları var.

Doğum şəhadətnaməsi olmadan körpə ABŞ vətəndaşlığını almaya da bilər.

ACLU israr edir ki, ailənin istəyinin qəbul etməməsini “konstitusiyaya zidd”dir.

Ailənin vəkili Michael Baumrind “Körpəyə adı dövlət deyil, ailəsi verir” deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə