Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BMT Azərbaycana 100 milyon dollar yardım edib
BMT Azərbaycana 100 milyon dollar yardım edib
26 Aprel 2013 / 19:53 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4
«Bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 20 ildən artıqdır ki, Azərbaycanla qarşılıqlı əməkdaşlıq edir. Bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında öz yerini tutur”.
Bu sözləri  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Daq Siqurdson deyib. “1993-2012-ci illərdə donor ölkələrin dəstəyi sahəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan qaçqınlarına 100 milyon dollar fövqəladə yardım göstərib. Qaçqınların problemlərinin həll edilməsində ölkə rəhbərliyinin göstərdiyi diqqət göz önündədir. Məcburi köçkünlərə edilən kömək neftdən və qazdan gələn gəlir hesabına artır”, – deyə Daq Siqurdson qeyd edib. Onun sözlərinə görə, 2007-2010-ci illərdə Azərbaycanda qaçqın və məcburi köçkünlərə edilən yardım 2 dəfə artıb.
“2012-ci ildə 23 minədək ailə yeni mənzillərə köçüb. Azərbaycan artıq donor kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının büdcəsinə töhvə verir. Digər tərəfdən isə 8 yerli azərbaycanlı göstərdiyi müsbət nəticələr görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən irəli çəkilib və hazırda dünyanın müxtəlif ölkələrində, ofislərdə fəaliyyət göstərirlər. Onlar həm də Azərbaycanın səfirləri kimi qəbul oluna bilərlər”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə