Загрузка...
Xəbər lenti



Загрузка...

7 yaşlı oğlunu çəkiclə öldürənlə bağlı – ŞOK FAKTLAR
7 yaşlı oğlunu çəkiclə öldürənlə bağlı – ŞOK FAKTLAR
29 Mart 2017 / 11:49 / Baxış sayı: 732
Font1 Font2 Font3 Font4

Dünən axşam saatlarında Sabirabad rayonunun Ulacalı kəndində 7 yaşlı oğlunu xüsusi amansızlıqlıa öldürən 27 yaşlı Məmmədov Röyal Şakir oğlunun əvvəllər hansı cinayətlərə görə məhkum edildiyi məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, övladının başına çəkiclə zərbələr endirərək onu vəhşicəsinə öldürən Röyal Məmmədov əvvəllər oğurluq etdiyinə və hərbi xidmətdə olarkən postu qoyub silahı ilə birgə qaçdığına görə məhkum edilibmiş.

 

O, Cinayət Məcəlləsinin ümumilikdə 4 maddəsi ilə – 177.1 (Oğurluq), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 338.1 (Döyüş növbəsi çəkmə qaydalarını pozma, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) və 349.1 (Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda) təqsirli bilinərək həbs edilib və bu ilin yanvar ayında həbsdən çıxıb.

 

Bildirilir ki, R.Məmmədov hərbi xidmətə getməzdən əvvəl evlənibmiş, o, sevdiyi qızı qaçıraraq onunla ailə qurubmuş.

 

Qeyd edək ki, məlum cinayətlə bağlı araşdırmalar davam etdirilir, R.Məmmədov tutularaq istintaqa təhvil verilib.

*****

Sabirabadda dəhşətli qətl törədilib.

Qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.

Röyal Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə