Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabah gənc şairlərin Beynəlxalq Forumu başlayır
Sabah gənc şairlərin Beynəlxalq Forumu başlayır
26 Aprel 2013 / 18:03 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Sabah “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə Bakıda “Gənc şairlərin beynəlxalq Forumu” öz işinə başlayacaq. Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbirə dünyanın 20-dən çox ölkəsinin gənc şairələri qatılacaq. Bu sırada Avropa, Asiya, Afrika ölkələrindən gələn gənc istedadlar daxildir.

Toplantıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Yazıçılar Birliyinin rəsmiləri, Milli Məclisin üzvləri, diplomatik korpusun nümayəndələri iştirak edəcək. Forumda tanınmış şairlər, yazıçılar, mədəniyyət xadimləri qatılacaq.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradov bildirib ki, Azərbaycanda gənc şairələrin beynəlxalq forumu ilk dəfədir keçilir. Forum mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
“Bu Forumun əsas məqsəd müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünövrəsini qoymaqdır”-deyə F.Muradov vurğulayıb.

Onun sözlərinə görə, Bakıda keçiriləcək toplantıya dünyanın 20 ölkəsini təmsil edəcək gənc şairələr qatılacaq. “Bu son illərdə ölkədə ədəbi mühitində bir hadisə olacaq. Avropa ölkələrindən tutmuş Afrikaya qədər ölkələrdə yaşayan gənclər Bakıda təkcə təcrübə mübadiləsi aparmayacaq, həm də böyük bir ədəbi şəbəkənin formalaşdıracaqlar”.

“Azərbaycanın ədəbi gəncliyini bu foruma dəvət edirik. Ümid edirəm ki, tədbir Azərbaycanın gənc yazarlarının beynəlxalq arenaya çıxmasında öz töhfələrini verəcək” –deyən F. Muradov vurğulayıb.

Forum zamanı gənc şairələr Günel Anarqızının və digərlərinin moderatorluğu ilə müxtəlif mövzularda müzakirələrdə iştirak edəcək, şeirlərini söyləyəcək və ədəbi diskusiyalarda iştirak edəcəklər.

Forumda tarixi “ipək yolu” üzərində yerləşən ölkələrin gənc şairlərinin ədəbi şəbəkəsinin yaradılması müzakirə olunacaq. Bakıya gəlmiş qonaqlar şəhərimizin tarixi yerləri ilə tanış olacaqlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə