Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ramin Hacılının evi yandırıldı – FOTOLAR
Ramin Hacılının evi yandırıldı – FOTOLAR
29 Mart 2017 / 11:53 / Baxış sayı: 652
Font1 Font2 Font3 Font4
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının Baki şəhəri, Nizami rayonu, Elşən Suleymanov 137 ünvanında yerləşən evi yandırılıb.

Bu barədə “Qaynar”a Ramin Hacılının özü məlumat verib.

R.Hacılının bildirdiyinə görə, 1993-cü ildən Ermənistan-Azərbaycan müharibəsi zamanı işğal olunmuş Füzuli rayonundan qaçqın düşdüyü zamandan bəri ailəsi ilə birlikdə yaşamağa məcbur qaldığı gecəqondu ötən gecə naməlum şəxslər tərəfindən yandırılıb.

Qeyd edək ki, hələ fevral ayının 27-də mətbuat vasitəsi ilə video müraciət yayan R.Hacılı onun evinin buna qədər də bir neçə dəfə yandırılmasına cəhd edildiyini bildirmişdi.

R. Hacılının bildirmişdi ki, ərazidə ona məxsus olan yaşayış yerinin olmasına baxmayaraq, ərazinin qanunsuz olaraq satıldığı haqda bilgisi var:

“Bizdən başqa bütün məskunlaşan məcburi köçkünlərin hamısına kompensasiya verilib və köçürülüb. Ancaq bizimlə əlaqə saxlayan yoxdur. Aldığım bilgiyə görə ərazidə yerləşən, mənə məxsus olan yaşayış yerini yandırmaq istəyirdilər. Əslində bu məsələni ictimailəşdirmək istəmirdim. Ancaq mənim və ailə üzvlərimin həyatına olan təhlükəni bu gün də istisna etmirəm. Evimi yandırmaq istəyiblər. Mən bununla bağlı ərazi üzrə polis idarəsinə müraciət etdikdən sonra bunun qarşısı alınıb. Amma problemlər tükənməyib. Hələ də həyatımla bağlı təhlükəli məqamlar hiss edirəm.”,- deyə R.Hacılı əlavə etmişdi.

Həmin video müraciəti də təkrar dərc edirik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə