Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş nazir 6 il azadlıqdan məhrum edildi
Keçmiş nazir 6 il azadlıqdan məhrum edildi
29 Mart 2017 / 12:44 / Baxış sayı: 310
Font1 Font2 Font3 Font4

Rumıniyanın keçmiş regionların inkişafı və turizm naziri Yelena Udrya vəzifə səlahiyyətlərini aşdığı üçün 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, Rumıniyanın Ali Kassasiya Palatası sabiq nazirlə bağlı qərar çıxarıb.

İnformasiyaya əsasən, keçmiş nazir 2011-ci ildə rəhbərlik etdiyi Reginoların İnkişafı və Turizm Nazirliyinin büdcəsindən rumıniyalı boksçu Luçiana Bute və fransalı idmançı Jan-Pol Mendi arasında keçirilən yarışa maliyyə vəsaitinin ayrılması haqda göstəriş verərək, vəzifə səlahiyyətini aşıb.

Məlumata görə, Y.Udrya boks yarışlarını turist obyektlərində keçirilməsinin təşkilinə və turizm infrastrukturu tikintisinə kommersiya təşkilatlarından maliyyə vəsaiti alırmış. Bu iş üzrə bir neçə nəfər barəsində cinayət işi açılıb. Bu işlə bağlı Rumıniya Boks Federasiyasının sədri Rudel Obrej 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Y.Urdya 2008-2012-ci illərdə Emil Bokanın hökumətində nazir postu tutub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə