Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ukraynalı nazir müavini həbs edildi – Gürcüstanda
Ukraynalı nazir müavini həbs edildi – Gürcüstanda
29 Mart 2017 / 13:12 / Baxış sayı: 310
Font1 Font2 Font3 Font4

Ukraynanın keçmiş yanacaq və energetika naziri müavini İqor Kiryuşin Gürcüstanda həbs edilib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokuroru Yuri Lutsenko məlumat verib.

Qeyd edək ki, İ.Kiryuşin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin başçılıq etdiyi cinayətkar qrupun “Ukrnafta” ASC və “Ukrqazvıdobuvannya” ASC-yə məxsus, dəyəri 2 milyard qrivendən artıq olan əmlakın mənimsənilməsində iştirak etməkdə şübhəli bilinir.

Y.Lutsenko bildirib ki, Gürcüstan məhkəmə orqanları İ.Kiryuşin Ukraynaya ekstradisiyası haqqında qərar edilməsi üçün onun müvəqqəti olaraq 90 sutkalıq həbs edilməsi barədə qərar qəbul ediblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə