Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməni ordusu Azərbaycan ərazilərində hərbi təlimlərə başladı
Erməni ordusu Azərbaycan ərazilərində hərbi təlimlərə başladı
29 Mart 2017 / 13:57 / Baxış sayı: 284
Font1 Font2 Font3 Font4

Ağdam istiqamətində atəş səsləri aydın eşidilir

Erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirirlər.

IstiPress-in  Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarından başlayaraq Ağdam rayonunun işğal altında olan “Uzundərə” adlı ərazisində hərbi təlimlər başlanıb. Çəmənli kənd sakinlərinin bildirdiyinə görə, təlimlərdə ağır artilleriya qurğularından da istifadə edilir. Atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.

Erməni ordusunun təlimlərini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov İstiPress-ə bildirib ki, bu təlimlər aprelin 2-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır və düşmənin istənilən an təxribatlarının davamı gələ bilər.

“Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərinə qədər Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində çox diqqətli olmalıdır. Serj Sarkisyanın hokumətdə uzun müddət tərəfdaşlıq etdiyi şəxslər də ondan üz döndəriblər. Ona görə də Sarkisyan çox narahatdır. Qorxur ki, seçkilərdə böyük uğursuzluqları olacaq. Çünki 2016-cı ilə qədər Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan da Sarkisyana qarşı çox aktiv fəaliyyət göstərir. İndi Sarkisyan görüntü yaratmağa çalışır ki, ordu onun tərəfindədir, onun əmrlərinə tabedir. Sarkisyan aprelin 2-nə qədər hər cür təxribatı törətməyə hazırdır. Cəbhədə təxribatların sayı arta, bu son təlimlər real hərəkətə keçə bilər”, – deyə polkovnik bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə