Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kərəm Həsənov Ağdamda vətəndaşları qəbul edib
Kərəm Həsənov Ağdamda vətəndaşları qəbul edib
29 Mart 2017 / 14:56 / Baxış sayı: 570
Font1 Font2 Font3 Font4

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Ağdamda növbəti vətəndaş qəbulu keçirib.

Komitədən “Bizimxeber”ə bildirilib ki, qəbulda Ağdam, Bərdə, Ağcabədi, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Səsləndirilən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, daşınmaz əmlakın kadastrı sahəsinə aid olub. Qeydiyyatla bağlı müraciətlər fərdi həyət evi, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınmasını əhatə edib.

Qəbulda bir sıra müraciətlərin həlli məqsədilə Komitə sədri tapşırıqlarını verib. Araşdırmaya ehtiyac olan müraciətlər isə qeydiyyata alınıb.

Komitə sədri tərəfindən keçirilən vətəndaş qəbullarının qarşıdakı aylarda digər şəhər və rayonlarda da təşkili davam etdiriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə