Загрузка...
Xəbər lenti



Загрузка...

Anar Məmmədov “Baku Outlet Park”ı satdı – Brend malların qiyməti düşdü
Anar Məmmədov “Baku Outlet Park”ı satdı – Brend malların qiyməti düşdü
29 Mart 2017 / 15:21 / Baxış sayı: 2820
Font1 Font2 Font3 Font4

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ona məxsus ticarət mərkəzini satıb.

Bakı Beynəlxalq Avtovağzalında yerləşən “Baku Outlet Park” ticarət mərkəzi əl dəyişib. Ticarət mərkəzində çalışanlardan saytımıza verilən məlumata görə, keçən həftə satılan ticarət mərkəzinin yeni sahibinin adı hələ ki, gizli saxlanılır.

Aldığmız məlumatda deyilir ki, ticarət mərkəzinin sahibi təhvil-təslim üçün gəlsə də, onu görə bilməyiblər: “Anar Məmmədovun özünü görmədik amma, nümayəndəsi Fəxrəddin müəllim ofisdə idi. Onlar mağazaları gəzib bəzi məlumatları yazdılar. Burda qonşuluqda bəzi mağazalar var ki, onlar neçə aydır icarə haqqını verə bilmir. Onlara deyiblər ki, narahat olmayın bütün mağazaların borcları sıfırlanacaq. Açığı, buna çox sevindik”.

Məlumatı verən satıcı deyir ki, “Baku Outlet Park” ticarət mərkəzində alver çoxdan ölüb: “Yerpulunun baha olması istər-istəməz mallara da təsirini göstərirdi. Ümidimiz buranın yeni sahibinədir. Buradan yüzlərlə insan evinə çörək aparır. Biz nə istəyirik? Əl-ələ verib dolanaq da..”.

Qeyd edək ki, Bakı avtovağzal kompleksindəki “Outlet park” 2011-ci ildə fəaliyyətə başlayıb. O, vaxt ölkə mətbuatı yazdı ki, yeni ticarət mərkəzi nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Nazir isə bu faktı nə təsdiq, nə də ki, təkzib etdi.

Ticarət mərkəzindən verilən məlumata görə, 8500 kvadrat metr ərazidə fəaliyyət göstərən “Zara”, “H&M”, “Pull&bear”, “Bershka”, “Stradivarius”, “Adidas”, “Nike”, “Reebok”, “Puma” və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə müştərilərə təqdim olunur.

Məlumat üçün bildirək ki, XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan “outlet” mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə əldə edə etmək olur. (azeuronews.com)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə