Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

PKK tərəfdarları azərbaycanlı tələbəni döydülər
PKK tərəfdarları azərbaycanlı tələbəni döydülər
27 Aprel 2013 / 11:31 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Türkiyənin Anadolu Universitetində tələbələr arasında kütləvi dava hadisəsi baş verib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, hadisəyə milli zəmində baş verib. PKK terror təşkilatının tərəfdarı olan bir qrup tələbə “Kürdüstanda türklərə və faşizmə yer yox, Kürdüstandan türkləri və faşizmi qovacağıq”’ şüarı ilə “Türk Dünyası” təşkilatının üzvü olan tələbələrin üzərinə hücum edib. Daha sonra hücum edənlərə dəstək olaraq əllərində dəmir və taxta parçaları ilə silahlanmış şəxslər qoşulub. Onlar da eyni şüarlar səsləndirərək, türk tələbələri döyərək, onlara ciddi xəsarətlər yetiriblər. Az sayda olan türk tələbələrdən 13 nəfəri xəstəxanaya yerləşdirilib. Xəsarət alanların arasında Musa Əliyev adlı azərbaycanlı tələbə də var. Yaralılardan bəzilərinin də adı açıqlanıb. Bunlar ahıskalı Abuzər Süliyev, Qurban Şabanov, qazaxıstanlı Dastan Taşbayev, qırğızıstanlı Fikrət Teyfirov və krımlı İbrahim Alliçinovdur.

Bundan başqa daha 8 tələbə müxtəlif dərəcəli xəsarət alıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları təhqiqat aparır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə