Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Le Monde: “Rusiya və ABŞ Türkiyənin kürəyinə bıçaq sapladı”
Le Monde: “Rusiya və ABŞ Türkiyənin kürəyinə bıçaq sapladı”
29 Mart 2017 / 16:36 / Baxış sayı: 258
Font1 Font2 Font3 Font4

Moskva və Ankara Suriyadakı müharibənin davamını ayrı cür görürlər.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetinin İstanbuldakı müxbiri Mari Jeqo yazır.

“Mart ayını əvvəllərində Türkiyə Rusiyadan S-400 raketlərini almaq barədə niyyətini qürurla bəyan etdi. Bu Türkiyənin Rusiyanın Avropa Birliyi və NATO qədər strateji partnyor olaraq qəbul etməsi demək idi. Lakin Rusiya qoşunlarının martın 20-də Suriyanın şimal-qərbində yerləşən Afrin şəhərinə yerləşməsi bu idilliyanı yerlə bir etdi”.

Qəzetin yazdığına görə, Türkiyə sərhədlərinə bitişik bu ərazi Suriyada PKK-nın Suriyadakı qolu “Demokratik birlik” partiyasının (PYD) silahlı qanadı YPG tərəfindən nəzarət edilir. İki təşkilat da Ankara tərəfindən terrorçu olaraq qəbul olunur.

“Rusiyanın Afrindəki hərbi mövcudluğu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı bir zərbədir. Bu müdaxilə Türkiyə prezidentinin “dostu” Vladimir Putin tərəfindən əvvəlcədən xəbərdarlıq edilməmişdi.

Bu aksiya ilə Moskvanın özünü YPG və PYD-nin, dolayısı ilə də PKK terror təşkilatının müdafiəçisi olduğunu təsdiq etdirdi”, – qəzet yazır.

Qəzet müəllifinin fikrincə, Rusiya və Türkiyə arasında münasibətlər arasında ilk çat Suriya ilə bağlı Astanada keçirilən sülh danışıqlarında meydana gəlib. Burada tərəflər Suriyanın kürdlərə geniş hüquqlar verən yeni konstitusiyası ilə bağlı müzakirələr zamanı toqquşublar. Daha sonra iki ölkə prezidentinin martın 10-da Moskvada keçirilən görüşdə bu narazılıq özünü açıq şəkildə büruzə verib. Rusiya Türkiyə ordusuun Suriyanın strateji vacib şəhəri sayılan Əl-Babı ələ keçirməsindən narazılığını ifadə edib. Rusiya tərəfinin iddiasına görə, Türkiyə iki ölkə arasında əldə olunan razılaşmaya əsasən şəhəri Bəşər Əsədin ordusuna təslim etməli imiş”, – qəzet yazır.

“İşin ən heyrətamiz yanı Rusiya və ABŞ-ın Türkiyə ordusunun və onun müttəfiqlərinin Membicə doğru irəlilməsinin yolunda birlikdə daş qoymasındadır”, – məqalə müəllifi yazaraq davam edir:

“Faktiki olaraq Türkiyənin Suriyadakı müdaxiləsi bununla başa çatmış olub. Türkiyənin iki hədəfi vardı: İŞİD cihadçılarını sərhəddən uzaq tutulması, ikincisi, Suriya kürdlərinin şərq və qərb kantonlarının qovuşmasına yol verilməməsi. İlk hədəfə nail olunsa da , ikincisi olduqca uzaq ehtimaldır”.

Vaşinqton və Moskva YPG-ni bölgədə əsas oyunçuya çevirməklə PKK-nın da legitimliyini tanınmasına nail olmaq istəyirlər. Eyni zamanda bunun fonunda türk ordusu və terrorçular arasında toqquşmalar olduqca şiddətlənib”, – məqalədə qeyd olunur.

“Bu Türkiyənin II dünya müharibəsidən bu yana milli təhlükəsizliyi ilə bağlı üzləşdiyi ən böyük təhdiddir”, – ABŞ-ın Türkiyə üzrə eksperti, Atlantik şurasında Rafiq Hariri Mərkəzinin baş elmi işçisi Aaron Ştayn qəzeti verdiyi rəydə bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə