Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda ölüm hökmü bərpa olunacaq? – AÇIQLAMA
Azərbaycanda ölüm hökmü bərpa olunacaq? – AÇIQLAMA
29 Mart 2017 / 17:52 / Baxış sayı: 324
Font1 Font2 Font3 Font4
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin aprelin 16-da keçiriləcək referendumdan sonra ölkədə ölüm hökmünün bərpa olunması ilə bağlı məsələyə baxılacağı barədə açıqlama verib.
Qonşu ölkədə ölüm hökmünün bərpasının müzakirəsi Azərbaycanda 1998-ci il fevralın 10-da ləğv edilən ölüm hökmü ilə bağlı məsələni gündəmə gətirib. Ölkəmizdə necə, ölüm hökmü bərpa oluna bilərmi?
Mövzu ilə bağlı metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu ölüm hökmünün bərpasının tərafdarı olduğunu bildirib:
“Bu gün bir sıra ağır cinayətlər törədən şəxslərə ölüm hökmünün şamil edilməsi ədalətli olardı. Həm bu dünya, həm də o biri dünya üçün. Lakin Azərbaycanda ölüm hökmünün bərpa edilməsi ilə bağlı bir şey deyə bilmərəm. Bizim Avropa instututları iləmünasibətimizdə məhz bu maddənin götürülməsi şərt kimi irəli sürülmüşdü. Buna da əməl edildi.
Qeyd edim ki, ölüm hökmünün olması onun icra edilməsi demək deyil. Bunu xüsusi olaraq vurğulamaq istəyirəm. Ölüm hökmünün olması onun bir cəza növü kimi tədbiq ediləcəyi demək deyil. Bu, bir sıra faktlara münasibətdə psixoloji basqıdır. Bu mənada ölüm hökmünün olması əslində müsbət effekt verir”.
Bildirək ki, Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərin həyatı bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib.

 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə