Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Uşağını öldürən atanın TÜKÜRPƏDİCİ QƏTL İSMARIŞI – FOTO
Uşağını öldürən atanın TÜKÜRPƏDİCİ QƏTL İSMARIŞI – FOTO
29 Mart 2017 / 18:41 / Baxış sayı: 1512
Font1 Font2 Font3 Font4

Röyamin: “Nənə məni atama vermə, qorxuram”

Sabirabadda yeddi yaşlı uşağın qətli ilə bağlı yeni təfərrüatlar məlum olub. İstiPress-in Sabirabada ezam olunan xüsusi müxbirinin verdiyi məlumata görə, hadisə ailə münaqişəsi zəminində dünən axşam baş verib. Belə ki, 27 yaşlı Röyal Məmmədov qaynanasının adına olan torpaq sahəsini satmaq istəyib. Lakin həm həyat yoldaşı, həm də qaynanası buna razılıq verməyiblər. Evdə dava salan Röyal əvvəlcə həyat yoldaşının üzərinə hücum çəkib. Təzyiqdən qorxan qadın xalasıgilə qaçıb. Röyal Məmmədov isə qaynanasından uşağı ona verməyi tələb edib. Qaynanası isə “qoy uşağı geyindirim, sonra apar” deyib. Uşağı öldürməyə aparan Röyal Məmmədov hadisədən əvvəl qaynanasına ismarış ünvanlayır: “Sədiyə de ki, bir də Röyamini görməyəcək. Aparıram başını kəsməyə. Bu da qisas”. Həmin tükürpədici ismarışın fotosunu sizə təqdim edirik:

Telefon

Qeyd edək ki, amansız hadisəni törədəndən sonra qatil ata müstəntiqə zəng edərək: “Bir paçka siqaret al gəl, sənə meyit verəcəm” deyib.

Röyamin Məmmədov üçuşaqlı ailənin ən böyük övladıdır. Kənd məktəbinin birinci sinfində təhsil alan Röyamin əlaçı şagird olub. Nənəsinin sözlərinə görə, Röyamin atasından qorxurdu. Hətta hadisənin baş verdiyi gecə: “Nənə məni atama vermə, qorxuram” deyib.

Röyaminin anası Günel Məmmədovanın müxbirimizə verdiyi məlumata görə, Röyal bir neçə il əvvəl kiçik oğlunu da qaçırıbmış. Lakin ona xələl yetirməyib geri qaytarmışdı. Amma bu dəfə fərqli oldu: “Röyal bilirdi ki, mən Röyamini çox istəyirəm. Məni ən çox onun ölümü yandırar. Ona görə də onu öldürdü ” – deyib.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə