Загрузка...
Xəbər lenti



Загрузка...

Qaz pulları gəlir – PROQNOZ RƏQƏM
Qaz pulları gəlir – PROQNOZ RƏQƏM
30 Mart 2017 / 9:10 / Baxış sayı: 524
Font1 Font2 Font3 Font4

BP şirkəti 2017-ci ilin sonunda “Şahdəniz” yatağından genişləndirlmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə sınaq rejimində qaz nəql edəcək. Fins.az xəbər verir ki, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə sabiq regional prezidenti, şirkətin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birrell deyib.

Q.Birrell qeyd edib: “Sınaq rejiminin məqsədi ondan ibarətdir ki, qazın 2018-ci ildə TANAP vasitəsilə Türkiyəyə, 2020-ci ildə isə TAP vasitəsilə Avropaya çatmasını yoxlayaq”.

Baş əməliyyat rəhbəri “Şahdəniz-2” çərçivəsində artıq 12 quyunun qazıldığını deyib: “Bu, qaz istehsalı və ixracına başlamağa kifayət edir. 12 quyudan 3-ü artıq təmizlənib və istehsalata hazırdır”.

Q.Birrel bildirib ki, Azərbaycan və Gürcüstan ərazilərində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin 93 faizindən çoxu başa çatıb.

15 MİLYARD DOLLAR SƏRMAYƏ YATIRMIŞIQ

Qordon Birrell deyib ki, indiyə qədər BP şirkəti və onun tərəfdaşları BP-nin operator olduğu “Şahdəniz 2” layihəsinə 15 milyard dollar investisiya qoyub.

O vurğulayıb ki, BP “Şahdəniz 2” layihəsi üzrə yekun xərclərin investisiya qərarında göstəriləndən daha az olacağını gözləyir.

Qeyd edək ki, bundan əvvəl layihənin dəyəri 28 milyard dollar qiymətləndirilmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə