Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BP zavodlarını satır
BP zavodlarını satır
30 Mart 2017 / 10:01 / Baxış sayı: 786
Font1 Font2 Font3 Font4
İngiltərənin neft şirkəti BP-nin (British Petroleum), portfelindəki neftayırma zavodlarının bəzilərini sataraq mövcud əməliyyatlarını modernləşdirməyi planlaşdırdığı bildirilir.
İngiltərə mətbuatında, “BP-nin bəzi zavodların satışından əldə ediləcək gəliri, mövcud əməliyyatlarının modernləşdirilməsində ilə yanacaqdoldurma stansiyaları şəbəkəsinin genişləndirilməsində istifadə etməyi planlaşdırdığı” qeyd olunub.
Şirkətin bu strategiya ilə ümumilikdə 2,4 milyard funt-sterlinq (3 milyard dollar) əlavə gəlir əldə edə biləcəyi qeyd edilib. Mərkəzi Londonda yerləşən BP, ötən ili, gözləntilərdən aşağı – 2,5 milyard dollar xalis mənfəət əldə etmişdi. Şirkətin 2015-ci ildə xalis mənfəəti isə təxminən 6 milyard dollar olmuşdu.

BP keçən il, 2010-ci ildə Meksika Körfəzindəki qazma quyusunda baş verən sızıntı səbəbindən 20 milyard dollar təzminat ödəməyi qəbul etmişdi.

BP, daha əvvəl xam neft qiymətinin bu il  60 dollara çıxacağını təxmin edildiyini və bunun şirkətin gəlirliliyini artırmasının gözləndiyini açıqlamışdı.\marja.az\

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə