Загрузка...
Xəbər lenti



Загрузка...

İmişli rayon məhkəməsinin yeni inzibati binası istifadəyə verildi
İmişli rayon məhkəməsinin yeni inzibati binası istifadəyə verildi
30 Mart 2017 / 11:20 / Baxış sayı: 448
Font1 Font2 Font3 Font4

İlk olaraq Azərbaycan Respublikası Ədliyyə naziri  Fikrət Məmmədov  və İmişli  rayon icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə ədliyyə naziri  Fikrət Məmmədov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Milli Məclisin deputatı  Çingiz Qənizadə, bölgə  hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bina ilə tanışlıq zamanı bildirilib ki, ümumi sahəsi 2.300 kvadrat metr, iki mərtəbədən və zirzəmi qatından ibarət olan məhkəmə binası, digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünməklə müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub.

Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət  Məmmədov İmişli Rayon Məhkəməsinin müasir inzibati binasının istifadəyə verilməsinin vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini bildirib.




arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə