Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sənədləri olsa da, evini tikə bilmir – xanım haray çəkdi…
Sənədləri olsa da, evini tikə bilmir – xanım haray çəkdi…
30 Mart 2017 / 11:27 / Baxış sayı: 386
Font1 Font2 Font3 Font4
Sumqayıt şəhər Baş Dəmiryolu rayonun sakini Əliyeva Südabə Davud qızı müraciət edərək Sumqayıt şəhərində yerləşən “N” hərbi hissənin adını bilmədiyi komandiri polkovnik-leytinant tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirir.
Onun sözlərinə görə, silahla gəzən bu zabit yuxarıda göstərdiyi ünvanda bütün rəsmi sənədlərinin olmasına baxmayaraq inşaat etməkdə olduğu fərdi yaşayış evinin tikintisinə maneələr yaratmağa çalışır.
“Sonuncu kərə ötən həftənin şənbə günü mənə təzyiq edən bu əli silahlı polkovnik-leytinant  qarşısındakının qadın olduğunu unudaraq təzyiqə məruz qoydu. Sizin redaksiya vasitəsi ilə Ali Baş komandan, ölkə prezidenti cənab İlham Əliyevə, ölkəmizin 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya, eyni zamanda Müdafiə nazirimiz cənab General-polkovnik Zakir Həsənova müraciət edirəm.
Mənə kömək edin və məni bu gözə dönmüş polkovnik-leytinantın baxışlarından xilas edin. Ailəmlə birlikdə uzun illərdi arzusunda olduğunuz fərdi yaşayış evinin inşasın tamamlayıb ailəmlə rahat yaşamaq istəyirəm.  Amma çox təəssüflər olsun ki, belə bir vəzifə daşıyan biri düşmənə qarşı vuruşmaq yerinə qadına qarşı vuruşur”. Əliyeva Südabə torpaq sahəsinin müvafiq sənədlərində redaksiyamıza təqdim edib.
Redaksiyadan: Əliyeva Südabə Davud qızının fikirləri ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
arxiv.bizimxeber.az







arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə