Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Banklar haqqında” qanun dəyişir
“Banklar haqqında” qanun dəyişir
30 Mart 2017 / 12:27 / Baxış sayı: 1014
Font1 Font2 Font3 Font4

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında “Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qanunun mahiyyəti ödəmə qabiliyyətini itrmiş bankların problemlərinin həll edilməsi üçün qanuni bazanın yaradılmasıdır.

“Report”un verdiyi xəbərə görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib: “Problemlərin həlli yolları qanunda müəyyən edilməlidir. Hazırda cəmi iki qayda var. Bunlardan birincisi, səhmdarların əlavə vəsait qoymasıdır. İkincisi isə, sistem əhəmiyyətli banklara dövlət tərəfindən dəstəyin verilməsidir. Lakin burada da kifayət qədər məqbul alətlər yox idi. Ona görə yeni alətlər təklif etmişik”.

“Birincisi, bankın öhdəliklərini könüllü restrukturizasiyasıdır. Bu, bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların məcmusudur. Bundan başqa, qanun layihəsi bankların geniş rezolyusiyasını nəzərdə tutur. Rezolyusiya ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə bu qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, “körpü bank”ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini “körpü bank”a köçürülməsi və “körpü bank”ın investora satılması üzrə həyata keçirilən tədbirlər, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsidir”, – deyə Palatanın sədri qeyd edib.

R.Aslanlı bildirib ki, qanun layihəsi üzərində 1 il iş gedib. Rezolyusiya müəyyən məsələyə yeni həll tapmaq deməkdir. Rezolyusiya artıq könüllü deyil, icbari sağlamlaşdırmanı nəzərdə tutur. Bunun üçün bir neçə vasitəsi var. Bank səhmdarlarının, idarə edilməsində iştirak etmiş inzibatçıların, rəhbərlərin depozitlərinin icbari qaydada kapitala transformasiya edilməsi, səhmlərin icbari satılması, bazardan kənardan əlavə kapitalın cəlb olunması və aktiv və öhdəliklərin birlikdə yaxud ayrılıqda digər investorlara satılmaqla banka əlavə maliyyə tapılması nəzərdə tutulur. Bütövlükdə digər banka satılması kimi alətlər var. “Körpü bank” vasitəsilə aktiv və öhdəliklərini tənzimlənməsi vasitələri var. “Körpü bank” tənzimləyici tərəfindən qısa müddətə yaradılır. Əlavə səhmdar kapitalı tələbi yoxdur, Palata “körpü bank”ın təssiçisi və yeganə səhmdarı hesab olunur.

“Bundan başqa, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması prosedurlarının yeni təkliflərlə təkmilləşdirilməsini daha təfərrütla təklif etmişik. Dəyişiklik sistem əhəmiyyətli bankların sağlamlaşdırılması tədbirləri üçün daha geniş alətlər nəzərdə tutur. Bu gün nəzərdə tutulub ki, aktiv və öhdəliklər birlikdə satılmalıdır. Bu isə bəzən lazımsız olur. Dünyada tətbiq olunan yeni alətlər də təkliflərdə əks olunub”, – deyə R.Aslanlı vurğulayıb.

Həmçinin, məsuliyyətlə bağlı dəyişiklik edilir. Bank səhmdarlarının, idarəçilərinin, idarə edilməsində iştirak etmiş inzibatçıların ödəmə qabiliyyətini itirmiş bankın zərərini öz əmlakı ilə ödəmək şərtini müəyyən olunur. Bank müflis olursa, ödəmə qabiliyyətini itirirsə, sağlamlaşdırılması zamanı bank səhmdarlarının (söhbət iri səhmdarlardan gedir), bank rəhbərliyinin, idarəçilərin təkcə bankdakı deyil, mülkiyyətindəki əmlak zərərin ödənilməsi üçün istifadə olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə