Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Dinləmə” haqqında – Yeni Qanun
“Dinləmə” haqqında – Yeni Qanun
30 Mart 2017 / 13:20 / Baxış sayı: 530
Font1 Font2 Font3 Font4

Gürcüstanda bu gündən “dinləmələr” haqqında yeni qanun qüvvəyə minir.

“Report” “Qruziya- Online” portalına istinadən xəbər verir ki, əməliyyat-texniki agentliyi üç ay ərzində yaradılacaq.

Qeyd edək ki, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili martın 20-də dinləmələrə icazə verilən agentliyin yaradılmasına veto qoymuşdu. Amma parlamentin səs çoxluğu ilə onu bir daha prezidentə təqdim etməsiylə dövlət başçısı qanunu təsdiqləyib.

Qanuna əsasən, bu qanuna görə yaradılmış əməliyyat-texniki agentliyi izləməni texniki vasitələrlə həyata keçirəcək. Prezident agentliyin Dövlət Təhlükəsizlik Xidmətinə yox, baş nazirin tabeliyində olmasını təklif edib.

Agentlik rəhbərini baş nazir təyin edəcək. Vakant vəzifəyə namizədləri Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri seçəcək və təsdiq edilmələri üçün Komissiyaya təqdim edəcək. Yeni xidmətin işinə parlament, baş nazir, məhkəmə, şəxsi məlumatların müdafiəsi üzrə müfəttiş və Dövlət Audit Xidməti nəzarət edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə