Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Piyadalar üçün hansı şərait yaradılır – piyada keçidi nişanı, amma piyada zolağı yoxdur
Piyadalar üçün hansı şərait yaradılır – piyada keçidi nişanı, amma piyada zolağı yoxdur
30 Mart 2017 / 16:30 / Baxış sayı: 852
Font1 Font2 Font3 Font4

Son günlər paytaxtın avtomobil yollarında ard-arda baş verən qəzalardan yəqin ki hər birimizin xəbəri var. Statistik məlumatlar isə piyada vurulma hallarının artdığını göstərir. Bunu əsas gətirərək də, BDYP-nin piyadalar üçün əlavə cərimələr tətbiq etməsi də gözqabağındadır. 

Lakin gəlin baxaq bəs, piyadalar üçün hansı şərait yaradılır? arxiv.bizimxeber.az-ın əməkdaşı şahidi olduğu problemi araşdırmaq istəyib.

Paytaxtın ən səs-küylü və işlək prospektlərindən biri olan Bülbül prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində svetoforun piyada keçidi üçün işığı var, piyada keçidi nişanı da var. Amma piyada zolağı yoxdur. Piyada zolağının niyə olmaması ilə əlaqədar yaxınlıqda növbədə duran Yol Polis Patrulu əməkdaşlarına yaxınlaşdıq. Özlərini təqdim etməkdən belə boyun qaçıran 99YP437 dövlət nömrə nişanlı xidməti avtomobilə malik olan polis əməkdaşları əvvəlcə piyada zolağının Formula yarışlarına görə olmadığını bəhanə gətirsələr də sonra məsuliyyətdən tamam yaxa qurtarmaq üçün fərqli insantisayalara müraciət etməyimizi tövsiyə etdilər.

Təklif etdikləri qurumların arasında Nazirlər Kabineti, Bakı şəhər İcra Hakimiyyəti və sonda Siqnal İdarəsi var idi. Halbuki Siqnal İdarəsi birbaşa BDYPİ-nə aid olan qurumdur. Yol Patrul Xidməti haqqında təlimatın 1.4 bəndindəki öhdəliklərdən biri də “yol hərəkəti iştirakçılarına onların hüquqlarının tə’min olunmasında yardım etmək” dirsə onda siz deyin o polislər svetoforun qırmızı işığında üstümüzə sürən avtomobili qorumaqla kimin hüququnu qorudular? Ötən ilin iyun ayında ölkəmizdə keçirilən nüfuzlu Formula yarışlarını öz yarıtmaz fəaliyyətlərinə güzgü kimi tutmağa çalışan polis əməkdaşları niyə vətəndaşı narazı salmağa çalışır?

Jalə Abbaslı
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə