Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sabah gözlənilən güclü küləklə bağlı bütün tədbirlər görülüb” – SOCAR
“Sabah gözlənilən güclü küləklə bağlı bütün tədbirlər görülüb” – SOCAR
30 Mart 2017 / 16:44 / Baxış sayı: 568
Font1 Font2 Font3 Font4

Martın 31-də təhlükəli hesab olunan işlər dayandırılacaq
Martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki obyektlərində bütün zəruri tədbirlər görülüb, müvafiq təlimatlar verilib.

arxiv.bizimxeber.az xəbər verir ki, bunu “Report”a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

O qeyd edib ki, dənizdəki obyektlərlə əlaqə saxlanılıb, lazımi tapşırıqlar verilib: “Martın 31-də təhlükəli hesab olunan işlər dayandırılacaq. Tikinti, təmir, qazma və xidmət sahələrində işlər aparılmayacaq. Artıq bu sahələrdə çalışan əməkdaşların özüllərdən çıxarılmasına başlanılıb. Yalnız quyulara nəzarət işləri həyata keçiriləcək. Platformalarda əlavə personal olmayacaq”, – deyə SOCAR-ın mətbuat xidmətinin rəhbəri əlavə edib.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə