Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İctimai yerlərdə əyani vasitələrlə dövlət rəmzlərinin təbliği işi”
“İctimai yerlərdə əyani vasitələrlə dövlət rəmzlərinin təbliği işi”
27 Aprel 2013 / 13:58 / Baxış sayı: 84
Font1 Font2 Font3 Font4

Layihəsinin icrası uğurla davam edir

Bildiyiniz kimi “Gənclərin Töhfəsi” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gəncləri 2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq, 24 aprel 2013-cü il tarixdən “İctimai yerlərdə əyani vasitələrlə dövlət rəmzlərinin təbliği işi” layihəsinin icrasına başlamışdır.

“Gənclərin Töhfəsi” İctimai Birliyi həyata keçirdiyi layihə çərçivəsində 25-26 aprel 2013-cü il tarixləri arasında Yevlax, Tərtər və Mingəçevirdə “Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliği işi bu gün” mövzusunda tədbir keçirilib.
25 aprel 2013-cü il tarixdə Yevlax şəhərində baş tutan tədbirdə YAP-ın Yevlax rayon təşkilatı aparatının rəhbər Əli Quliyev, GB-nin sədri Ariz Mikayılov, Gənclər və İdman İdarəsinin rəisi müavini Samir Kərimov, Şahmat məktəbinin direktoru İsgəndərov Teymur, müəllimlər və rayonun bir çox ziyalıları və gəncləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan birliyinin sədri Asim Vəliyev layihə haqqında məlumat verdikdən sonra, layihə koordinatoru Tofiq Əzizov dövlət rəmzlərimiz haqqında geniş məlumat vermişdir. Daha sonra milli dövlət rəmzlərimizin təbliği işi sahəsində görülən işlərdən və bu sahədə mövcud olan problemlərdən danışılıb. Eyni zamanda tədbir iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş “Mənim qüdrətli dövlətim” adlı kitablar və bukletlər paylanmışdır. Daha sonra birliyin sədri Asim Vəliyev Yevlax şəhəri üzrə Milli Məclisin üzvü İlham Məmmədov ilə görüşmüşdür. Görüş zamanı dövlət rəmzlərimizin təbliği sahəsində aparılan işlər haqqında danışılmış və Milli Məclisin üzvü İlham Məmmədov birliyə gördüyü işlərdə uğurlar arzu etmişdir.

Birlik layihə çərçivəsində 26 aprel 2013-cü il tarixdə Tərtər rayonunda növbəti tədbir keçirmişdir. Tədbirdə Tərtər rayon Peşə Təlim Mərkəzinin icraçı direktoru Teymur Zahidoğlu, Tərtər rayon Peşə Təlim Mərkəzinin administratoru Həcər Əsgərova, rayon 2 saylı orta məktəbin müəlliməsi Sona xanım, rayon 6 saylı orta məktəbin psixologu İrdanə Quliyeva, rayon 1 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Ülviyyə Məmmədova, şagirdlər və Tərtər rayon Peşə Təlim Mərkəzinin könüllüləri iştirak etmişdir. Tədbirdə dövlət rəmzlərimiz haqqında geniş məlumat verilmiş, “dövlət rəmzlərinin təbliği işi” sahəsində müzakirələr aparılmış və layihə çərçivəsində nəşr edilmiş “Mənim qüdrətli dövlətim” adlı kitablar və bukletlər paylanmışdır.

Daha sonra birlik Mingəçevir şəhərində olmuş və və layihə çərçivəsində nəşr edilmiş “Mənim qüdrətli dövlətim” adlı kitablar və bukletlər paylanmışdır. Mingəçevir Gənclər və İdman İdarəsinin sədri Kamal Nəcəfli layihənin icrasını dövlətin belə bir sahəyə qayğısının nümunəsi kimi qiymətləndirib və belə tədbirlərin artıq regionlarda keçirilməsinin həm regionların inkişafına, həm də region gənclərin digər region və paytaxt gəncləri ilə əlaqələrinin qurulmasında mühüm rol oynadığını bildirib.

Nəzərinizə çatdıraq ki, layihənin məqsədi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq gənclər arasında dövlət rəmzlərinin təbliği işinə, biganəlik, məsuliyyətsizlik kimi halların qarşısının alınmasına maarifçilik yolu ilə dəstək verməkdən ibarətdir. Layihə çərçivəsində tədbirlər digər regionlarda da həyata keçiriləcəkdir.

 Hörmətlə,

“Gənclərin Töhfəsi” İctimai Birliyinin

Mətbuat və İctimaiyyətlə Əlaqələr departamenti

Rəqsanə Yusifzadə

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə