Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şahzadəyə yüksək mükafat verildi
Şahzadəyə yüksək mükafat verildi
30 Mart 2017 / 17:01 / Baxış sayı: 230
Font1 Font2 Font3 Font4

Prezident Klaus Yohannis “Rumıniyada fəaliyyətinə və ölkənin nüfuzunu xaricdə təbliğ etdiyinə görə” Uels şahzadəsi Çarlzı yüksək dövlət təltifi – Rumıniyanın Ulduzu milli ordeninə layiq görüb. Təqdimat mərasimi şahzadənin Rumıniyaya üçgünlük səfəri zamanı baş verib.

Səfər zamanı Çarlz Baş nazir Sorin Qrındeanu, bu ölkənin kral ailəsinin üzvləri, Rumıniya və Böyük Britaniya əlaqələrinin inkişafında rolu olan qeyri-hökumət təşkilatları ilə görüşlər keçirib.

Şahzadə 1997-ci ildən demək olar ki, hər il Transilvaniya bölgəsində mülkünü ziyarət etməyə gəlir. Eyni zamanda, şahzadənin adını daşıyan xeyriyyə fondu burada fəaliyyət göstərir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə