Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Beynəlxalq uçuşla bağlı CƏZALAR ARTDI
Beynəlxalq uçuşla bağlı CƏZALAR ARTDI
30 Mart 2017 / 18:19 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4

Azərbaycanda beynəlxalq uçuş qaydalarının pozulmasına görə tətbiq olunan cəzanın cəriməsi artırılır.

arxiv.bizimxeber.az report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
Cinayət Məcəlləsinə əsasən, hazırda müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma əməlinə görə 500 manatdan 2 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur. Dəyişiklik layihəsində cərimənin miqdarının 2 min manatdan 4 min manatadək artırılması təklif edilir.
Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə