Загрузка...
Xəbər lenti



Загрузка...

Bu sərnişinlərə notbuk veriləcək-Təyyarədə
Bu  sərnişinlərə notbuk veriləcək-Təyyarədə
31 Mart 2017 / 9:49 / Baxış sayı: 336
Font1 Font2 Font3 Font4

“Qətər Hava Yolları”nın, gələn həftədən etibarən ABŞ-a gedəcək sərnişinlərinə təyyarədə istifadə etmələri üçün notbuk verəcəyi bildirilib.

ABŞ-ın elektron cihaz qadağasına qarşı sərnişinlərə uçuş zamanı işlərini davam etdirə bilmələri məqsədilə müvəqqəti notbuk veriləcək.

Sərnişinlər təyyarəyə mindikdən sonra cihazları təslim alacaq və işlərini USB-yə yükləyəcəklər.

Açıqlamada fikirlərinə yer verilən “Qətər Hava Yolları”nın  İdarə Heyətinin Sədri Ekber el-Bakir, səyahət zamanı işlərinin axsamaması üçün gələn həftədən etibarən ABŞ-a gedən bütün “Business Class” sərnişinlərinin notbuk ilə təmin ediləcəyini bildirib.

ABŞ, 8 ölkədəki 10 hava limanından həyata keçirilən birbaşa uçuşlarda ölçüsü cib telefonundan böyük olan elektron cihazların təyyarə kabinəsinə aparılmasını qadağan edən bir tətbiqə başlamışdır.

Qahirə, Oman, Küveyt, Kasablanka, Doha, Ər-Riyad, Ciddə, Abu Dabi, Dubay və İstanbuldan qalxan birbaşa təyyarələrə tətbiq edilən qadağadan gündə təxminən 50 uçuşun təsirləndiyi bildirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə