Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı-Ələt yolunda təhkülə yaradan DYP avtomobili – VİDEO
Bakı-Ələt yolunda təhkülə yaradan DYP avtomobili – VİDEO
31 Mart 2017 / 12:38 / Baxış sayı: 948
Font1 Font2 Font3 Font4

Bakı-Ələt yolunun 14-cü kilometrində Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ postuna aid 99-YP-842 qeydiyyat nişanlı patrul avtomobili yolun hərəkət hissəsində qalıb və sürücülərə təhlükə yaradır.

“Qaynar” avtosfer.az-a istinadən xəbər verir ki, DYP əməkdaşları avtomobildə radar qurmaq məqsədilə yolun sol kənar zolağında park edərək digər digər nəqliyyat vasitələrinə maneə yaradıblar. Demək olar ki, sürücülər orada hər gün eyni mənzərə ilə qarşılaşır.
İş orasındadır ki, patrul avtomobilinin içində heç kim olmur. Sadəcə, maşını yolun hərəkət hissəsinə ataraq çıxıb gedirlər. Videodan da aydın görünür ki, həmin patrul avtomobilinin nə sayrışan işığı yanır, nə də ki xüsusi səs siqnalı qoşulub. Belə olan halda isə qanunvericiliyin tələbi kobud şəkildə pozulur.
Qanunda qeyd olunub ki, xidməti vəzifəsini yerinə yetirən zaman qanunun tələblərindən kənara çıxma zərurəti yarandıqda, patrul avtmobolinin həm sayrışan işıq siqnalı, həm də xüsusi səs siqnalı qoşulu vəziyyətdə olmalıdır.


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə