Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA – İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələr
Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA –  İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələr
31 Mart 2017 / 12:54 / Baxış sayı: 2198
Font1 Font2 Font3 Font4

ABŞ-ın yüksək vəzifəli demokrat senatorları prezident Donald Trampın şirkəti ilə Azərbaycandan olan oliqarxın şirkəti arasındakı əlaqələrin araşdırılmasını tələb ediblər. 

arxiv.bizimxeber.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İnterfax agentliyi qərb KİV-nə istinadən məlumat yayıb. Senatorların fikrincə, həmin oliqarxın İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə də əlaqələri var. 
Senatorların bildirdiklərinə görə, onlar ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin, Ədliyyə naziri Ceff Seşns və Federal Araşdırma Bürosunun direktoruna bununla bağlı məktub yollayıblar. Məktubda Trampın şirkətinin antikorrupsiya qanunlarını pozması ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Qərb KİV-nin yazdıqlarına görə, 2014-cü ildə Tramp Bakıda otel tikintisi ilə bağlı elan vermişdi. Bu layihədə partnyoru isə eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olub. Layihədə məqsəd isə İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlantısı olan çirkli pulların yuyulması olub.

Məktubda o da qeyd olunur ki, Trump Organization Baku Tower-lə olan razılaşmadan çıxsa da, bu, Trampın şirkətini məsuliyyətdən yayındıra bilməz. Eyni zamanda, Trump Organization-nın vəkili bildirib ki, layihə onlara məxsus deyil, heç kimə pul verməyiblər. Buna görə də, ABŞ qanunvericiliyini pozmaqdan söhbət gedə bilməz.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə