Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xalq artistləri yenidən məhkəmədə
Xalq artistləri yenidən məhkəmədə
27 Aprel 2013 / 14:45 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İlhamə Nazpərini yenə məhkəməyə verdi

Xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyevanın məhkəmə işindən yeni xəbər var. Vəkil Şəfiqə Nağıyevanın bildirdiyinə görə, İlhamə Quliyevanın həmkarına qarşı qaldırdığı iddia ərizəsini bu gün səhər məhkəməyə təqdim edib.

Xalq artisti Nazpəri Dostəliyevanın vəkili Yunis Vəliyevin AzNews.az-a bildirdi ki, İ.Quliyevanın iddia etdiyi məhkəmə məsələsinin heç bir əsası yoxdur:

“Bizdə rəsmi şəkildə kiminsə kimisə məhkəməyə verməsi ilə bağlı heç bir sənəd yoxdur. Onlar çox şey deyə bilər. Əgər məhkəmədən bildiriş gəlsə, biz o halda danışa bilərik. Onlar başa düşür ki, bu işin prespektivi yoxdur. Sadəcə, olaraq aranı “sakitləşdirmək” üçün hərdən boş-boş bəyanatlar verirlər. Lap məhkəməyə versələr belə nə dəyişəcək? Məhkəmə bu işə baxıb və münasibətini bildirib”.

“Tərəflərin bir araya gəlməsi, yəni, barışması mümkün deyilmi?” sualına isə vəkilin cavabı belə oldu: “Barışmaq üçün ortaya iki tərəfin də razılığı, iradəsi olmalıdır. Əgər bu barədə bizi qarşı tərəfdən sorğu gəlsə, ona real cavab verməyə hazırıq”.

arxiv.bizimxeber.az



Xalq artistləri yenidən məhkəmədə yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə