Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təhlükəsizlik Xidmətinin polkovnikini diri-diri yandırdılar
Təhlükəsizlik Xidmətinin polkovnikini diri-diri yandırdılar
31 Mart 2017 / 13:08 / Baxış sayı: 1304
Font1 Font2 Font3 Font4
Bu gün səhər Ukraynanın şərqindəki Mariupol şəhərində avtomobilin partladılması nəticəsində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) vəzifəli əməkdaşı, polkovnik Aleksandr Xaraberyuş həlak olub.
APA-nın xəbərinə görə, bu barədə SBU-nun saytına məlumat verilib.
Milli Polisin Donetsk vilayəti üzrə İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə Mariupol şəhərinin Mərkəzi rayonunda, yerli vaxtla saat 08:35-də “Maksim” kafe-barının yaxınlığında baş verib. Partladılan avtomobilin “Toyota-Prado” markalı olduğu bildirilir. Fakt üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi (terror aktı) ilə cinayət işi açılıb. Hadisəni Donetsk separatçılarının kəşfiyyat-diversiya qrupunun törətdiyi ehtimal olunur.
“Ukrayna Təhlükəsizlik Xidməti günahkarları tapıb, cəzalandırmaq üçün hər şeyi edəcək. Biz borcumuzu çox tez qaytarırıq”, – deyə SBU rəhbəri Vasili Qritsak bildirib.
Xatırladaq ki, son aylar Donetsk və Luqansk vilayətlərində separatçıların bir neçə tanınmış nümayəndəsi və komandiri qətlə yetirilib. Separatçılar bu hadisələrdə Ukrayna kəşfiyyatını ittiham edib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə