Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bulvarda öpüşmək olar? – Rəsmi açıqlama
Bulvarda öpüşmək olar? – Rəsmi açıqlama
31 Mart 2017 / 14:14 / Baxış sayı: 1850
Font1 Font2 Font3 Font4
İki gündür media və sosial şəbəkələr Bakı metrosunda iki gəncin öpüşməsini və bir jurnalistin bu hadisəyə təpkisini gündəm hadisəsinə çevirib.
Bu hadisəyə görə müzakirələrə qoşulanlar iki cəbhəyə bölünüb: bir qrup ictimai yerlərdə əxlaq normalarının gözlənilməsinin vacibliyini əsas gətirərək jurnalistə qahmar çıxır, digər qrup isə gənclərin sərbəstliyini dəstəkləyərək, ictimai yerlərdə öpüşməyin pis hərəkət olmadığını əsaslandırmağa çalışır. Müzakirələr hətta kobud təhiqrıərə belə, yol açıb.
Qeyd edək ki, Bakı metrosunun vaqonunda gənclərin – oğlanla qızın öpüşməsi nadir rast gəlinən hadisədir. Adətən belə öpüşmə mənzərələri əvvəllər Dənizkənarı Bulvarda müşahidə olunurdu. Ancaq son vaxtlar bulvarda öpüşənlər göz dəymir… Bəlkə hansısa qadağa tətbiq olunub?
Modern.az məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlayıb. İdarənin aparat rəhbəri Elmir Bağırov bildirib ki, bulvar ərazisində sevgililərin öpüşməsinə heç bir qadağa yoxdu.
“Qanunvericiliyə görə, Bakı bulvarı ərazisində sevgililərin öpüşməsinə hansısa qadağa yoxdu. Bulvar ərazisində öpüşən sevgililərə bu hərəkətlərinə görə hansısa cərimə də kəsilə bilməz”,-deyə Dənizkənarı Bulvar İdarəsinin rəmisi vurğulayıb.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə