Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya azərbaycan diaspor təşkilatını ləğv edir?
Rusiya azərbaycan diaspor təşkilatını ləğv edir?
31 Mart 2017 / 15:23 / Baxış sayı: 456
Font1 Font2 Font3 Font4

Rusiyanın Ədliyyə Nazirliyi aprelin 11-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməyə hazırlaşır. Bu haqda “Yeni Müsavat” qəzeti həmin diaspor təşkilatındakı mənbələrə istinadən yazır.

Ümumrusiya Azərbaycanlıları Konqresinin  Rəyasət Heyətinin üzvü, təşkilatın prezidentinin müşaviri Kamran Rüstəmov bu məlumatı təsdiq etməyib, ancaq bildirib ki, Ədliyyə Nazirliyi təşkilatın yenidən qeydiyyat üçün təqdim etdiyi sənədlərdə “bəzi texniki problemlər” aşkar edib. Təşkilat isə həmin problemləri aradan qaldıraraq yenidən nazirliyə çatdırıb.

“Bütün ictimai təşkilatların yoxlanılması Rusiya Ədliyyə Nazirliyinin səlahiyyətində olan məsələdir. Ümumrusiya Azərbaycan Konqresi də Rusiyada fəaliyyət göstərən ictimai təşkilatdır. Bizim təşkilat qanun çərçivəsində işləyir, vaxtı-vaxtında bütün sənədlərimizi qaydasına salırıq”-Rüstəmov APA-ya deyib.

K. Rüstəmov bildirib ki, ÜAK bir gündə ləğv olunacaq təşkilat deyil: “Konqresin əsası ulu öndər Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin tərəfindən qoyulub. Bu təşkilatı ləğv etmək asan məsələ deyil. Təşkilatımızın Rusiyanın 70-dən çox regionunda bölmələri fəaliyyət göstərir. Bu böyüklükdə təşkilatı bağlamaq ağlabatan deyil. ÜAK Rusiya və Azərbaycan prezidentlərinə arxalanan təşkilatdır”.

O qeyd edib ki, Rusiyada ictimai təşkilatlar haqqında qanuna tez-tez dəyişikliklər olur: “Qanuna əlavə və dəyişikliklər olur ki, bu da təbiidir. İctimai təşkilatlar da öz nizamnamələrini həmin dəyişikliklər uyğunlaşdırmalıdırlar. Ötən ilin dekabr ayında ÜAK-ın qurultayı keçirildi. Təşkilatın yeni Nizamnaməsi qəbul olundu. İndi həmin Nizamnamə təsdiqlənmək üçün Rusiya Ədliyyə Nazirliyinə göndərilib. Onlar özləri təyin etdikləri müddətdə buna baxacaqlar. Biz bütün sənədləri təqdim etmişik. Onlar sənədlərdə müəyyən səhvlər tapdılar. Bunlar mexaniki səhvlərdir. Biz onların tövsiyəsi ilə həmin səhvləri düzəltdik, dəyişikliklər etdik, yenidən nazirliyə təqdim etdik. İndi onlardan cavab gözləyirik»-Rüstəmov bildirib.

Xatırladaq ki, ÜAK-ın ötən ilin dekabrında keçirilən qurultayında yəhudi əsilli azərbaycanlı milyarder, Moskvanın daşınmaz əmlak kralı siyahısında olan Qod Nisanov təşkilatın vitse-prezidenti seçilmişdi. ÜAK rəsmi Bakıya bağlı olan diaspor təşkilatdıdır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə