Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda əsən güclü küləyin “əl işləri” – evlər uçuldu – FOTO
Bakıda əsən güclü küləyin “əl işləri” – evlər uçuldu – FOTO
31 Mart 2017 / 16:13 / Baxış sayı: 878
Font1 Font2 Font3 Font4

Qaz xətti partladı

Bakıda güclü külək fəsadlar törədib. İstiPress xəbər verir ki, təbiət hadisəsinin yaratdığı fəsadlar sakinləri küçələrə çıxmağa məcbur edib. Yasamal rayonu Mirzəağa Əliyev, 13 ünvanındakı 3 evin dam örtüyü dağılıb.

Küləyin yaratdığı fəsadlardan ərazidən keçən qaz və su xətləri sıradan çıxıb. Dağılmış evlərini tərk edən sakinlər əraziyə aidiyyatı qurumları çağırıb. Sakinlərdən verilən məlumata görə, ərazidə 3 evə ziyan dəyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib.  Qurumdan İstiPress-ə verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

ETSN tibbi-meteoroloji xəbərdarlıq edir ki, martın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə