Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bir öpüşü ilə ölkəni silkələyən gənc danışdı: “Əyildim ki…”
Bir öpüşü ilə ölkəni silkələyən gənc danışdı: “Əyildim ki…”
31 Mart 2017 / 16:53 / Baxış sayı: 9632
Font1 Font2 Font3 Font4

Jurnalist Xaqani Səfəroğlunun metrodaki iki gəncə təpkisi ilə bağlı yazdığı status ciddi müzakirələrə səbəb olub. Jurnalistin mövqeyini dəstəkləyənlərlə yanaşı, ona qarşı çıxanlar da az deyil.

arxiv.bizimxeber.az xəbər verir ki, metroda jurnalistin qınağına tuş gələn gənclərdən biri cebhe.info-ya müraciət edərək yaranmış vəziyyətdən ciddi narahatlığını çatdırıb. Adını müəyyən səbəblərdən açıqlamadığımız gənc yanındakı qızın da vəziyyətdən narahat ola biləcəyini deyib və onu qorumaq üçün internet imkanlarını məhdudlaşdırdığını vurğulayıb.

Eyni zamanda metroda öpüşdükləri barədə deyilənləri qətiyyətlə rədd edib: “Hər bir şey yazır, çoxu da söyür. Niyə söyürlər axı? Biz pis bir şey etməmişik. Heç öpüşməmişik də. O dayı da (Xaqani Səfəroğlunu nəzərdə tutur-red.) qarşımızda idi, bizə baxırdı, mən də qızın əlindən tutmuşdum. Gördüm ki, dediklərimi eşidir, qızın qulağına demək üçün əyildim. O da ayağını yerı çırpdı. Yazırlar ki, guya təpik atıb. Amma o jurnalist ayağını yerə çırpdı.

Qışqırdı ki, uşaqlar var, nə edirsiz?

“Ay əmi” dedim. Amma susmadı. Mən rus bölməsində oxumuşam, danışanda da hiss edilir. Qız da qorxdu, istəmədim məsələ böyüsün. “28 May” stansiyasında qatardan çıxdıq. Mənə pis gəlir axı. Hamı da öz yanımda danışır, söyürlər ki, guya metroda öpüşmüşük. Mən qızın qulağına söz deyirdim ki, bizi eşitməsin, birdən hay-küy saldı. Bizə də təpik vurmayıb, ayağını yerə çırpıb”.

Həmsöhbətimiz deyib ki, indi yeganə istəyi məsələnin müzakirəsinə son qoyulmasıdır: “İstəmirəm ki, bundan artıq müzakirə etsinlər. Söz-söhbət gedib çatsa, o qızın halını da düşünün”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə