Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident dağıdıcı gücə malik yeni silahlar haqda danışdı
Prezident dağıdıcı gücə malik yeni silahlar haqda danışdı
31 Mart 2017 / 18:08 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4

Bakı yüksək dağıdıcı qüvvəyə malik olan silahların satın alınması haqqında kontraktlar imzalayıb.

İnterfax.az-ın məlumatına görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu ordumuzun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçi ilə görüşdə bildirib.

“Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanıb və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilib. Onların bir hissəsi Azərbaycana gətirilib”, – deyə dövlət başçısı vurğulayıb.

“Sadəcə Ermənistan rəhbərlərindən fərqli olaraq, biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım gələrsə və vaxt gələndə, lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var”, – deyə o əlavə edib.

Prezident İ.Əliyevin sözlərinə görə, hökumət və dövlət qurumları bilirlər ki, ilk növbədə, ordumuzun sifarişləri təmin edilməlidir və ordumuzun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyət yoxdur. “Biz öz siyasətimizi davam etdirəcəyik, ölkəmizi gücləndirəcəyik, ordumuza daim yüksək diqqət göstəriləcək. Baxmayaraq ki, indi maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bu da təbiidir, ancaq ordumuzun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyət yoxdur”, – deyə dövlət başçısı xüsusi qeyd edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə