Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məcburi köçkünlər üçün yeni binalar tikilir
Məcburi köçkünlər üçün yeni binalar tikilir
31 Mart 2017 / 18:51 / Baxış sayı: 1782
Font1 Font2 Font3 Font4

Qəzalı vəziyyətdə olan binalarda yaşayan insanlar qısa müddətdə yeni mənzillərə köçürüləcək.

Bakı və digər şəhərlərdə qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlərin köçürülməsi üçün Masazır və Ramana qəsəbələrində dörd binanın tikintisinə başlanılıb.

arxiv.bizimxeber.az Trend-ə istinadən məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir:

“Bu yaxınlarda Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edib. Müşavirədə konkret tapşırıqlar verildi ki, Bakı şəhərində və digər şəhərlərdə qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlər mütləq köçürülməlidir. Bu istiqamətdə Mehriban xanım Əliyevanın tapşırığı əsasında işlər gedir. Artıq ilkin olaraq Masazır qəsəbəsində üç beşmərtəbəli binanın, Ramana qəsəbəsində bir beşmərtəbəli binanın tikintisinə başlanılıb. Hazırda bu istiqamətdə geniş iş aparılır. Qəzalı vəziyyətdə olan binalarda yaşayan insanlar qısa müddətdə yeni mənzillərə köçürüləcəklər”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə