Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SDU-nun rektoru avtoqəzada xəsarət alan tələbələrlə görüşdü
SDU-nun rektoru avtoqəzada xəsarət alan tələbələrlə görüşdü
31 Mart 2017 / 20:51 / Baxış sayı: 560
Font1 Font2 Font3 Font4

Martın 31-də rektor professor Elxan Hüseynov, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynovun, fakültə dekanlarının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayevin iştirakı ilə avtoqəza zamanı yaralanmış 19 tələbəmizi çay süfrəsi arxasında qəbul etdi və onları aramızda görməyindən məmnunluğunu bildirdi.

Rektor Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən üç nəfər tələbəmizin də tezliklə sağalmasını arzuladı. Faciəvi şəkildə dünyasını dəyişmiş tələbələrin xatirələri dərin ehtiramla yad edildi. Bildirildi ki, səhər övladlarını dərsə yola salan valideynlər az sonra onların cəsədlərini qarşılayıblar. Bu böyük faciədir. Təbii ki, bu faciə universitetimiz üçün də olduqca sarsıdıcı, ağır bir itki oldu. Belə bir faciənin xalqımıza bir daha üz verməməsini arzuladı.

Sonra rektor ayrı –ayrılıqda tələbələrin səhhətləri ilə maraqlandı, problemlərini dinlədi və yerindəcə həlli üçün göstərişini verdi. Rektor professor Elxan Hüseynov onu da diqqətə çatdırdı ki, Bakıdan gələn tələbələrimizin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə müvafiq qurumlara müraciət edilib. İnanıram ki, bu məsələ öz müsbət həllini tapacaq. Sizə tövsiyyəm budur ki, qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitəsindən istifadə etməyəsiniz, öz təhlükəsizliyinizi qoruyun, ən əsası valideyninizi düşünün.

Tələbələr də öz növbələrində hadisə baş verən gündən bu günədək onların yanında olan, maddi və mənəvi dəstək göstərən universitetin rektoru professor Elxan Hüseynova, prorektorlara, fakültə dekanlarına, müəllim- tələbə heyətinə, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, millət vəkillərinə, onların sağlamlığının keşiyinində duran peşəkar həkimlərə və digər universitetlərin tələbələrinə təşəkkürlərini bildirdilər.

arxiv.bizimxeber.az

SDU_8985 SDU_8990 SDU_9015 SDU_9041 SDU_9055



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə