Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu gündən BMT Təhlükəsizlik Şurasına ABŞ sədrlik edəcək
Bu gündən BMT Təhlükəsizlik Şurasına ABŞ sədrlik edəcək
01 Aprel 2017 / 11:56 / Baxış sayı: 402
Font1 Font2 Font3 Font4

Aprelin 1-dən etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-a keçir.

“Report”un məlumatına görə, quruma bir ay ərzində Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Nikki Heyli rəhbərlik edəcək.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın ölkəsinin BMT-yə maliyyəni azaldacağı haqqında xəbər yayılıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləridir. Digər 10 üzv isə qeyri-daimi üzvlərdir və onlar Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvdən beşi dəyişir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə